Saqqalını qırxan şəxsin qeybətini etmək
Bir müddət öncə cənab ustadın verdiyi hökmlərdə “saqqalını qırxan adamın dalınca (saqqalı qırxmaq barəsində) qeybət etməyin şəri baxımdan caiz olmamağı” – məsələsi barəsində maraqlandıq. Məsələnin məzmunu belə idi ki, bəzi alim və müctəhidlər saqqalı qırxmağı haram bilmədiklərinə görə saqqalını qırxan adamın bu əməllə bağlı qeybətini etmək caiz deyil. Buyurun ki, üləmalardan hansı biri bu işi caiz bilir?
İndi həyatda olmayan keçmiş müctəhidlərdən bəzisi və hal-hazırda sağ olan müctəhidlərdən bəzisi bunun haram olmasına hökm verməmişlər. Sözü gedən bu şəxs, onlardan birinin müqəllidi ola bilər.