Əti yuyarkən əlin pak olması
Əti və ya quyruğu suya çəkərkən onlarla yanaşı nəcis əl də pak olur?
Pak olur. Bu şərtlə ki, onun üzərini, yağ maddəsi örtməsin. Lakin az miqdarda yağlı olmağın eybi yoxdur.
Pak olur. Bu şərtlə ki, onun üzərini, yağ maddəsi örtməsin. Lakin az miqdarda yağlı olmağın eybi yoxdur.
Heyvan şokdan və keyləşəndən sonra sağ qalarsa, eybi yoxdur və heyvanın az əzab çəkməsinə səbəb olan hər bir iş müstəhəbdir.
Əlbəttə, bu mümkündür. Mümkünlüyünün ən yaxşı dəlili bunun həyatda baş verməsidir. Biz elmiyyə hövzələrində bunun şahidiyik.
Maddəsi olmayan rəngin eybi yoxdur. Lakin yaxşı olar ki, pul kağızına səcdə etməyəsiniz.
Ərin razılığı və talaq verməsi sözü gedən cəzanın icrasına mane ola bilməz.
Vəfat hallarında eybi yoxdur, lakin boşanma hallarında baxmasınlar.
Bu qadın və kişi qayıdıb nisa təvafını və onun namazını yerinə yetirənə kimi bir-birinə naməhrəmdirlər. Əgər bunu edə bilmirlərsə təvaf üçün naib tutsunlar. Yəni Məkkəyə gedən şəxslərdən xahiş etsinlər ki, onların yerinə naib olaraq nisa təvafını və onun namazını yerinə yetirsin.
Bir dəfə adət dövrünü keçirmişdirsə, daha iki ay iddə saxlamalıdır. İki dəfə adət dövrü keçirmişdirsə, bir ay iddə saxlamalıdır.
Qadın nikahı pozmaq (fəsx etmək) siğəsini icra edə bilər və ehtiyat budur ki, bu haqda şəri hakimə məlumat versin.
İkinci əri o qadınla evlənəndən (yaxınlıq edəndən) sonra o qadının birinci ərindən olan qızlarına məhrəmdir, amma oğlanlarla məhrəm olmasının mənası yoxdur.
Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər. 3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.