مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Əmlakın varislərə şərtlərlə satılması

Mən öz daşınan və daşınmaz əmlakımın hamısını min tümənə öz övladıma satmış və onun adına keçirmişdim. Amma şərtim bu idi ki, nə qədər ki, sağam əmlak öz ixtiyarımda olsun. Təəssüflər olsun ki, övladım məndən qabaq dünyadan getdi. Sualım budur: Belə vəziyyətdə bu əmlak özümə qayıdır, yoxsa övladımın varislərinin mülkiyyətinə keçir?

Əgər əmlakın övladınızın mülkiyyətinə keçməsini və mənfəətinin isə ömrünüzün sonuna kimi sizin olmasını nəzərdə tutmuşdunuzsa, onun dünyadan getməsi ilə əmlak onun varislərinin mülkiyyətinə keçir, siz isə ömrünüzün sonuna qədər təkcə mənfəətlərin sahibisiniz.

Mütəvəllisi vəfat etmiş vəqf əmlakları

Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin: 1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir? 2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?

1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır. 2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.

دسته‌ها: Vəqfin hökmləri

Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə

Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz: 1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır? 3) Onun 1361-ci ildə şəhid olduğunu və şəhadət xəbərinin 1373-cü ilə çatdığını, digər tərəfdən də şəhidin atasının 1366-cı ildə vəfat etdiyini nəzərə alsaq, şəhidin atasına ondan irs çatırmı? Yoxsa, şəhidə atasından irs çatır?4) Şəhidin həlak olması dəqiqləşəndən iki il öncə onun həyat yoldaşı “Şəhidlər” idarəsinə talaq istəyi ilə müraciət etmiş və sözü gedən idarənin rəisi qanun əsasında onun şəri talağını vermişdir. Bu həyat yoldaşına şəhiddən irs çatırmı? Qan pulundan ona irs çatırmı? Bu iki il ərzində onun şəhidin məvacibini alıb xərcləməyə haqqı var idimi?

1)Onun məvacibi arvadına aid olmuşdur. 2)Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.3)Atasına onun əmlakından irs çatır. Lakin dövlətin verdiyi puldan ona irs çatmır. 4)Əgər dövlət idarəsi onun talaq almasından xəbərdar olduğu halda ona pul və məvacib verirdisə, onları alması ona caizdir. Amma əgər talaq almamaq şərti ilə məvacib verirdisə, sözü gedən pulu almaq ona caiz deyildir. Lakin hər bir halda şəhidin əmlakından və qan pulundan ona irs çatır.

دسته‌ها: Ər-arvad

Əmlakı bölünəndən sonra itkin düşən şəxsin tapılması

. Əgər itkin düşmüş şəxsin ölümünə dair hökmü çıxarılandan və irsinin varislər arasında bölünməsindən sonra itkin düşmüş həmin şəxs tapılarsa, varislərin əmlakın özünün, habelə, onun sərf edilmiş və sərf edilməmiş mənfəətlərinin qarşısında vəzifələri nədir? İstifadə zamanı aradan gedən malların hökmü necədir?

Onun ölümünə yəqin hasil olmamış, əmlakını bölmək olmaz. Talaq məsələsində isə hökm bundan fərqlidir. Sözü gedən şəxs irs bölünəndən sonra qayıdarsa, əmlakı və əmlakının mənfəətləri özünə qaytarılmalıdır. Əmlak aralarında bölünən şəxslər tələf etdikləri mal qarşısında zamindirlər.

Ərin öz həyat yoldaşına hədiyyəsi

Ər sağlığında öz həyat yoldaşı üçün aldığı müxtəlif libaslar, bəzək əşyaları və s. qadına aiddir, yoxsa kişinin malı sayılaraq varislər arasında bölünməlidir?

Əgər yerli əhalinin adətinə görə libas və bəzək əşyaları qadına bağışlanırsa, bunlar onun malı sayılır. Əgər yerli camaatın adətinə görə bu mallar qadının əlində əmanət qalırsa və ərinin həyatda olduğu zaman onlardan istifadə etmək hüququ varsa, bu mallar bütün varislər arasında bölünməlidir. Lakin adətən, bunlar qadının mülkiyyətinə keçirilir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی