Qəsb olunmuş Quranın üzündən tilavət etmək
Əgər bir şəxs sahibinin icazəsi olmadan bir Quranı götürüb istifadə etsə, tilavət etdiyi surətdə onun qiraətinə savab düşürmü?
Çətin məsələdir (savab qazanmasını demək olmaz).
Kafirlərə və əhli-kitaba Quran satmaq
Kafirlərə və ya Əhli-kitaba Quran satmaq, xüsusilə də onların təhqir, hörmətsizlik etmək fikirləri olmadığını, Əksinə, mütaliə üçün aldıqlarını biliriksə, caizdirmi?
Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, caizdir.
Hipnotizmin şəriət hökmü
Hinotizm İslam nöqteyi-nəzərindən haramdırmı?
Tibbi və bu kimi məqsədlər üçün eybi yoxdur. Lakin gizli işlərdən xəbər tutmaq, keçmişdən gələcəkdən və hazırkı şeylərdən xəbər vermək məqsədi ilə olsa, caiz deyil.
Falçılığı özünə peşə seçmək
Bəzi şəxslər xaricdə (zahirdə) “Cameud-dəəvat”dan fala baxmaqla, bürclər vasitəsilə gələcəkdən, keçmişdən və müraciət edənlərin xəstəliklərindən xəbər verir və belə deyirlər: “Sənin filan problemlərin var və ya olacaq, filan qədər verməlisən ki, təsirli bir dua yazım”. Onlar qızlar və oğlanlar arasında, ər-arvad arasında məhəbbət duası, dəlilər üçün, cin toxunan insanlar üçün dua yazaraq, külli miqdarda pul alırlar və bundan əlavə, cümə və camaat namazlarında da iştirak edirlər. Buyurun ki, bu işlərin müqabilində pul almağın hökmü nədir?
Belə işlərin müqabilində pul almaq caiz deyil.
Uduşlu lotoreya biletinin pulu ilə alınan məkan
Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Ülgüclü zəncirlərlə zəncir vurmaq
Ülgüclə sinə vurmaq, ucunda ülgüc və ya bıçaq olan zəncirlərlə zəncir vurmaq, bədənin yaralanmasına və qan axmasına səbəb olarsa, hökmü nədir?
Öncə qeyd etdiyimiz kimi, Həzrət Seyyidüş-şühədanın (ə) əzadarlıq məsələləri hər bir məkanda və zamanda Allaha yaxınlaşmaq üçün ən yaxşı əməllərdən olub müsəlmanlarda iman ruhunu, İslami şücaəti, şəhamət, fədakarlıq və bəxşiş ruhiyyəsini gücləndirmək üçün təsirli amillərdən biridir. Lakin əzadarlıq mərasimləri elə şəkildə icra olunmalıdır ki, İslam düşmələri üçün bəhanə yaratmasın, bundan sui-istifadə olunmasına imkan verilməsin və bu böyük və əzəmətli mərasimi zəiflətməsin. Buna görə də dini və məzhəbi sual altına alan bütün işlərdən çəkinmək lazımdır.
Əzadarlıq mərasimlərində təbil çalmaq
İmam Hüseynin (ə) matəm, əzadarlıq məclislərində təbil çalmağın hökmü nədir?
Hüseynçi adət-ənənələrə, şüarlara təzim etmək qürbətlərin (Allaha yaxınlaşma yollarının) ən yaxşılarındandır və (bunun üçün) hər ağlabatan vasitələrdən istifadə etmək olar. Təbildən istifadə etmək fəsad məclislərinə uyğun olan musiqilərdən olmasa, eybi yoxdur.
Əzadarlıqda təbil və sincdən istifadə etmək
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?