Qadının mehriyyəni almadan öncə yaxınlığa razı olmaması
Şiə fəqihlərinin əksəriyyəti buyurmuşlar ki, arvadın qeyri-müəccəl (möhlətsiz) mehriyəni tələb etməyə və düxuldan (yaxınlıq) öncə mehriyəni alana kimi yaxınlıqdan boyun qaçırmağa haqqı var. Habelə buyurmuşlar ki, mehriyəni almaq fərzi ilə təslim olacağı (şərt etməklə itaət edəcəyi) halda nəfəqə almağa da haqqı var. Qadının imtina etmək haqqı yalnız düxula aiddir, yoxsa digər ləzzətlərə və daimi əqdin tələbi olan işlərdə (məsələn, ərin evində yaşamaq, onun razılığı ilə səfərə çıxmaq kimi) ərinə itaət etməyə də şamil olur? Belə ki, bu işlərdə ərinə itaət etməzsə, naşizə (inadkar, ərini incidən arvad) sayılırmı?
Zahir budur ki, qadın öz möhlətsiz mehriyəsini almamış özünü mütləq (qeydsiz-şərtsiz) şəkildə ərinə təslim etməyə bilər və bu müddətdə ərinə vacibdir ki, onun nəfəqəsini versin.