مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Mütəvəllisi vəfat etmiş vəqf əmlakları

Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin: 1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir? 2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?

1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır. 2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.

دسته‌ها: Vəqfin hökmləri

Qisasın diyəyə çevrilməsi

Bədənə vurulan xəsarətə (yaraya) görə qisas hökmü verilir. Tibbi ekspert yaranın uzunluğunu və dərinliyini təyin edəndən sonra cinayətkarla zərərçəkən arasında arıqlıq və köklük baxımından fərqlər meydana çıxır. Məsələn, 3 sm dərinlikdə bıçaq yarası köklüyünə görə zərərçəkən üçün o qədər də təhlükəli olmamışdır. Amma cinayətkardan qisas almaq üçün onun bədənini həmin dərinlikdə yaralasalar, arıq olduğuna görə onun üçün hətta ölüm təhlükəsi yarada bilərsə. Bu halda vəzifə nədir? Qisası diyə ilə dəyişmək lazımdırmı? Onlar arasında razılaşma olmasa, vəzifə nədir?

Bu məsələni bir neçə şəkildə təsəvvür etmək mümkündür:1) Qisasda yaranın uzunluğuna, eninə və dərinliyinə riayət etməklə cinayətkarı real təhlükə gözləyirsə və ya (arıqlığına görə) ölüm təhlükəsi ehtimal edilirsə, heç şübhəsiz qisas hökmü diyə ilə dəyişdirilməlidir. Ona görə ki, qisasın ümumi dəlilləri belə hallara şamil olmur və başqa sözlə desək, onlar arasında ürfi uyğunluq (bərabərlik) yoxdur. Bundan əlavə, caifə, münəqqələ və məmumə kimi yaraların qisas – təhlükəsi olduğuna görə – tələb etmədiyini deyən dəlillər də bizim bəhsimizə şamildir. 2) Qarşı tərəf üçün təhlükəsi olmasa, lakin onların bədənləri arasındakı fərq o qədər olsa ki, birinin bədənində 1 sm, digərinin bədənindəki 3 sm - ə bərabər olsun, belə yerdə dərinliyin ölçüsünə olduğu kimi riayət etmək lazım deyil. Çünki, əvvəla, qisasın sübut və dəlillərində əsas sayılan ürfi (xalqın gözündə) oxşarlıq və bərabərlik burada yoxdur. Çünki, misal üçün, arıq adamda 3 sm dərinliyində yara sümüyə çatır, halbuki kök adamda səthi bir yara sayılır. Ona görə də qisasın dəlillərində mövcud olan bərabərlik burada yoxdur. Həmçinin dərinlikdə bərabərliyi qoruyub saxlamağın lazım olduğunu bildirən bir hədis mövcud deyil. İkincisi, "şicac" yarası (üzdə olan yaralar) və ya bütün yaralarla əlaqədar hədislərdə "dərinlik" deyilərkən onun gerçəkləşməsi nəzərdə tutulur (caifə, damiyə, baziə, səmhaq, muzihə və s.). Bilirik ki, bu adların kök və arıq adamlar haqqında gerçəkləşməsi dərinliyin az-çox olmasından asılı deyil. 3) Bu məsələ en və uzunluq baxımından da mülahizə edilməlidir. Əgər misal üçün, bir şəxsin qollarının eni və uzunluğu çox azdırsa (qolları çox kiçikdirsə), digərinin qollarının eni və uzunluğu o birisindən bir neçə dəfə çoxdursa, bu halda uzun qollu insanın qolunu yarısına qədər yaralasalar, bu yara uzunluq baxımından (kiçik qollu) cinayətkarın bütün qolunu əhatə edəcəkdir. Burada da en və uzunluq baxımından bərabərliyi göstərən qane edici bir dəlil mövcud deyil. Əksinə, qisasın mənasında və "Bəqərə" surəsinin 194-cü ayəsində (فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ) sözü gedən oxşarlıq və bərabərlik nisbi oxşarlıq və bərabərlikdir. (Yuxarıda qeyd etdiyimiz kimi, burada en və uzunluqda olan oxşarlıq və bərabərlik nəzərdə tutulmur: Belə bir bərabərlik bəzən bir nəfərin qolunun hamısına aid ola bilər).

دسته‌ها: Qisasın hökmləri

Gizlində haram işlər qörənlər

Ayrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək; 2) Günah musiqilərin lent yazılarını dinləmək; 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq; 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.

Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

دسته‌ها: QəzavətTəzirlər
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی