Mütəcəzzi müctəhidə təqlid
Müctəhidin (başqa şəxsə) təqlid etməsi haramdır. Bu məsələ az miqdarda məsələlərdə müctəhid olan dini alim və tələbələrə də aiddirmi?
Mütləq (tam) və mütəcəzzi (hissə-hissə) müctəhidin hər ikisinə aiddir.
Mütləq (tam) və mütəcəzzi (hissə-hissə) müctəhidin hər ikisinə aiddir.
Əqli dəlilə və dünyanın aqil insanlarının “cahil hər bir məsələdə alimə müraciət eməlidir”- deyə buyurduqları əsasa görə, vacibdir. Siz xəstələnəndə həkimdən göstəriş almırsınız? Dini hökmləri də bu sahədə mütəxəssis olanlardan əldə etmək lazımdır.
Maneəsi yoxdur. İctihad məqamına çatması mümkündür.
Nəhy əz münkər etməlisiniz, qəbul etməsə, maşından düşməlisiniz. Yalnız ciddi çətinlik yaranarsa, bunu etməyə bilərsiniz.
Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.
Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).
Hücum edən əsgər sizin və övladlarınızın canına və yaxud malınıza qəsd etmək istəyirdisə, hər vasitə ilə müdafiə olunmaq caiz olmuşdur və onun qanı hədərdir.
Onların özlərini müdafiə etmək hüquqları var. Lakin belə toqquşmaların qarşısını almaq üçün son dərəcə çalışmaq lazımdır ki, iş qan tökülməsi ilə nəticələnməsin.
Onlar öz canları, malları, müsəlmanların namusu, İslamın əsası və Əhli-beyt (əleyhimussalam) məzhəbini qorumaq üçün çalışırlarsa, onların bu əməlləri cihaddır və bu yolda həlak olanlar şəhiddirlər. Amma səy göstərmək lazımdır ki, müctəhiddən və yaxud müctəhidin nümayəndəsindən göstəriş alsınlar.
Belə səyahət səfərlərinin təşkil olunması İslam düşmənlərinin güclənməsinə, müsəlmanların zəifləməsinə səbəb olur və bu iş heç bir müsəlmana caiz deyil.
Hazırkı şəraitdə bəhailiyin təkcə dini bir məsələ olmadığını, həm də siyasi məqsəd daşıdığını bilirik. Onların yadellilərin mənfəəti üçün fəaliyyət göstərdiklərinə dair çoxlu faktlar var. Bəzi qərb dövlətlərinin qanunverici orqanlarının onları ciddi şəkildə müdafiə etməsi buna əyani sübut ola bilər. Buna görə də belə bir şəraitdə onlara bu məmləkətdə dinc formada yaşamaq istəyən bir qrup kimi baxmaq olmaz. Onlar həqiqətdə muharibdən sayılır.
Əgər küfr və fəsaddan amandadırlarsa, eybi yoxdur. Xüsusilə də tədricən öz sözləri və əməlləri ilə orada İslam təbliğatçısı ola bilsələr, bu iş “təərrub bədəl-hicrə”– nin nümunələrindən deyil.