İki cümə namazının arasında olan məsafənin meyarı
İki cümə namazı arasında şərt olan məsafə, camaatın gedib-gələn yolu ilə hesablanır, yoxsa hava yolu ilə hesablanır? Bu məsələnin dəlili nədir?
Burada meyar yerlə olan yoldur. Dəlili də “İtlaqların adi yollara insirafı”-dır (Yəni “yol” sözünü qeydsiz-şərtsiz deyəndə, camaatın getdiyi adi yol mənasına olmasınadır). Xüsusilə, düz xətt üzrə olan hava yolu camaatın gedib-gəldiyi adi yoldan adətən, daha qısadır. Meyar düz yol (hava yolu) olsaydı, hədislərdə aydınlıqla deyilərdi.
Təşəhhüd zamanı təvərrük
Təşəhhüd zamanı müxtəlif əyləşmək üsullarından adi şəkildə əyləşmək əfzəldir, yoxsa bəzi qardaşların bədənlərinin ağırlıqlarını (həddindən artıq) sol tərəfə salmaq qəsdi ilə əyləşdikləri kimi (əyləşmək) ki, Əhli-sünnətin, xüsusilə də hənəfilərin əyləşməyinə bənzəyir?
İkinci şəkildə əyləşmək "təvərrük" adlanır və müstəhəb əməllərdən biri hesab olunur.
Fitr axşamı bihuş olan şəxsin fitrəsi
Bir şəxs Fitr bayramının axşamında gün batan vaxtda bihuş olsa, fitrə zəkatı boynundan götürülürmü?
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
Suvarılan buğdanın zəkat nisabı
Suvarılan ərazilərdəki buğdanın zəkat miqdarını və onun nisab həddini bəyan edin.
Onun zəkatı 1/20-dir (5%). Nisab miqdarı isə sair növlərdəki kimi 847 kiloqramdır.
Karvan xidmətçilərinin hərəmdən kənara gedib-gəlmələri
Məkkeyi-Mükərrəmədə ət verilən məkan təxminən Tən’im məscidindən 1 kilometr məsafədə yerləşir. Xidmətçi qrupların karvanlara ət almaq üçün həmin məntəqəyə gedib-gəlməyə məcbur olduqlarını nəzərə alsaq, onların təməttö ümrələri və ya vacib həcləri işkallı olurmu? Bu məsələnin hökmü müstəhəbbi və ya naib ilaraq həcc yerinə yetirənlər üçün necədir?
Təməttö ümrəsini yerinə yetirəndən sonra belə məntəqələrə gedib gələ bilər. Müfrədə ümrədə isə, əgər ümrəni yerinə yetirdiyi ay qurtarmamış, xaric olub qayıtsa, ümrəni təkrar etmək lazım deyil. Amma sonrakı ayda qayıtsa sözü gedən Tənim məscidində ehram bağlayıb ümrə yerinə yetirməlidir.
Xümsü verilmiş pulla alınan bağ
Xümsü verilmiş pulla alınmış bağın xümsü varmı?
Sözü gedən bağın xümsü yoxdur. Lakin meyvələrinə xüms düşür. Satış zamanı (alındığı puldan) artıq qiymətin xümsü verilməlidir.
Həddi-buluğa çatmayanlardan mal almaq
Həzrət ustadın risaləsində satıcının həddi-buluğa çatması barəsində olan 1776-cı məsələni nəzərə almaqla – bildiyiniz kimi, yol kənarında, terminallarda və s. uşaqlar siqaret, keks və s. satırlar - onlardan nə isə almaq olarmı? Cavabın mənfi olduğu təqdirdə buyurun ki, bir şəxs bilməməzlik üzündən onlardan nə isə alarsa, vəzifəsi nədir?
İki halda eybi yoxdur: Birincisi, müamilədə qarşı tərəf əslində uşağın başçısı (qəyyumu), uşaq isə malı və ya pulu çatdırmaq üçün vasitə olsa; digəri usə, uşaq müamilədə qarşı tərəfdir, lakin yəqinimiz var ki, bu iş onun başçısının razılığı ilə baş verir, bu halda belə mallarda təsərrüf etmək şəri cəhətdən caizdir.
Cəddə şəhərindən ehram
Cəddə şəhərindən təməttö ehramı caizdirmi?
Cəddə şəhərinin miqatların heç biri ilə bərabərliyi (paralelliyi) qəti olmadığına görə, ehram üçün ya miqata ya da miqatla bərabər (paralel) olan məkanlara getmək lazımdır. Bunların heç biri mümkün olmasa ehtiyat edərək nəzirlə ehram bağlaya, sonra ehtiyata əsasən Hərəmin başlanğıcında yenidən ehram bağlaya bilər.
Təmətto ümrəsinin təqsir əməlini yerinə yetirməyən şəxs
Bir şəxs həcc ehramından sonra, Ərəfatda yəqin etsə ki, ümrədə “təqsir” əməlini yerinə yetirməmişdir, nə etməlidir?
Əgər “təqsir” əməlini unutsa və həcc əmməllərini yerinə yetirmək üçün getsə (yəni, ehram bağlayıb Ərəfata getsə), onun ümrəsi və həcci səhihdir və boynunda heç bir şey yoxdur. Lakin daha yaxşı olar ki, kəffarə olaraq bir qoyun kəssin.