Vəfat etmiş müctəhidə təqlid
Vəfat etmiş müctəhidə təqlid etmək olar?
Ehtiyat budur ki, ilk əvvəldə meyyitə təqlid olunmasın. Lakin əməl etdiyi və ya əməl etmək üçün fitva aldığı məsələlərdə meyyitə təqliddə qalması caizdir.
Ehtiyat budur ki, ilk əvvəldə meyyitə təqlid olunmasın. Lakin əməl etdiyi və ya əməl etmək üçün fitva aldığı məsələlərdə meyyitə təqliddə qalması caizdir.
Yalnız əməl etdiyi məsələlərdə ona təqliddə qala bilər.
Fiqh və üsuldan başqa digər elmlərə sahib olmaq – bu elmlərin hökmlərin qavranmasında və mövzuların düzgün anlamında təsiri olan hallar istisna olmaqla – bir fəqihə digərindən üstünlük verilməsinə səbəb olmur.
Ələm olmaq yalnız üsul elmində agahlıq və ələmiyyətlə əldə olunmur; bundan başqa şərtləri vardır.
Risaləyə əməl etməyin caizliyini bildirən aşkar yazı digərlərini inkar etmək demək deyil. Digərlərinin də bərabər şəraitdə olması, belə ki, hər iki nəfərə və ya bir neçə nəfərə təqlid etməyin caiz olması mümkündür. Amma əgər bir kəs öz risaləsinin əvvəlində yazsa ki, “yalnız bu risaləyə əməl olunmalıdır və bundan başqasına əməl etmək caiz deyil”, bunun mənası digərlərini inkar etməkdir. Hansı ki, kiminsə risalənin müqəddiməsində belə bir şey yazdığını əsla görməmişik. 2Gözəl bəyan qabiliyyətinin insanın tanınmasında rolu olması doğrudur. Lakin bir kəsin gözəl danışıq qabiliyyəti olması və onun elmi məqamı məchul qalsa, araşdırmalardan sonra da onu elmi məqamı aydınlaşmasa, camaatın onunla əlaqədar heç bir vəzifəsi yoxdur. Bu, kəşf olunmamış xəzinəyə bənzəyir ki, camaatın bu barədə heç bir vəzifəsi yoxdur.
Caizdir. Bu şərtlə ki, onun verdiyi fitvalar islam cəmiyyətində məfsədəyə və hərc-mərcliyə səbəb olmasın.
Mütəcəzzi müctəhidə təqlid işkalsız deyildir.
Qızlar 9 qəməri ili tamam olandan sonra baliğ olurlar. Lakin zəiflik üzündən oruc kimi bəzi vəzifələrini yerinə yetirə bilməsələr onlardan götürülür. Onun yerinə hər gün üçün bir müdd yemək (təxminən 750 qram buğda və buna bənzər şeylər) fəqirə verirlər.
Əmr be məruf və nəhy əz münkər etmək bütün müsəlmanların vəzifəsidir. Heç bir şəxs bunun qarşısını ala bilməz. Lakin bu işi elə görmək lazımdır ki, ali məktəblərin və müəssisələrin nizam-intizamı pozulmasın.
Bu məsələdə qadın və kişi arasında fərq yoxdur.