مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Qisas haqqının xüsusi və ya ümumi olması

İslamda adam öldürmə ümumi (ictimai) xarakter daşıyır, yoxsa xüsusi (şəxsi)? Qan sahibləri (qəyyum) əfv edərsə şəri hakim müxtəlif təzirlər (yüngül cəza növləri) nəzərdə tuta bilərmi?

İslam dinində adam öldürmə xüsusi xarakter daşıyır. Qan sahiblərinin əfv etməsi ilə qisas hökmü qüvvədən düşür. Amma bu işin (əfvin) təkrarı ictimaiyyət arasında müəyyən mənfi təsirlər qoyarsa, ictimai asayişi, nizam-intizamı pozarsa, məsələ ümumi xarakter alacaq və ikinci dərəcəli hökmlər meydana gələcəkdir. Yalnız sualda qeyd olunan formada deyil, şəhərlərdə, kəndlərdə baş verən buna oxşar hallarda da şəriət hakimi nizam-intizamın qorunmasında müqəddimə kimi münasib təzirlərdən istifadə edə bilər. Bu məsələni şəriətdə şəxsi xarakter daşıyan digər hallara da aid etmək və problemin ümumi xarakter aldığı vaxt, təzirlərdən istifadə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, mövzunu ayırd etmək şəri hakimin öhdəsindədir. Bəzən belə məsələlərdə təcrübəli ekspertlərin də rəyini öyrənmək lazım gəlir.

Əri itkin düşmüş qadının hökmü

Əri itkin düşmüş qadının vəzifəsi nədir? Bu müddətdə onun nəfəqəsi haradan təmin olunmalıdır?

Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər. 3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.

Toydan öncə baş vermiş zinanın cəzası

Əgər bir şəxs kəbindən sonra və toydan (cinsi əlaqədən) öncə zina etsə, şallaqdan əlavə, onu sürgün etmək və saçlarını qırxmaq lazımdırmı? Cavab müsbətdirsə, deyin, cinsi yaxınlığın mümkünlüyünün hökmdə təsiri varmı?

Başını qırxdırmaq və sürgün etmək lazımdır. Cinsi yaxınlıq üçün şərait və imkan da burada şərt deyil. Yalnız qadının uzun müddət məcburən ərindən ayrı qaldığı hal istisnadır.

دسته‌ها: Zinanın cəzası

Edama məhkum edilmiş şəxsdən talaq almaq

Bir qadının əri narkotik maddələrdən istifadə edir, bir müddət olar ki, yoxa çıxmış (qaçmış) və edama məhkum edilmişdir. Onun arvadının talağı hansı şəkildədir?

Əgər (kişi) qaçmışdırsa və qayıdacağına ümid yoxdursa, habelə qadın dözülməz məşəqqətə düşmüşdürsə və belə bir kişi ilə yaşamaq onun üçün mümkün deyilsə, şəriət hakimi onun talağını verə bilər. Amma əgər gözləyə bilirsə, habelə ərinin qayıdacağına ehtimal varsa və onunla yaşamaq mümkündürsə, onun hökmü “talağı verilməmək”dir.

İtkin düşmüş ərdən talaq almaq

Bir qadının ərinin filan hadisədə öldüyü yoxsa itkin düşdüyü məlum deyilsə və son dörd ildə ondan heç bir xəbər yoxdursa, qadın başqası ilə evlənə bilərmi?

Başqa kişiyə ərə getməyə haqqı yoxdur. Yalnız o halda ərə gedə bilər ki, onun ölümünə yəqin etmiş olsun, yaxud şəriət hakiminə müraciət etmiş olsun ki, sözü gedən şəxs barəsində araşdırma aparmağa göstəriş versin və şəri mərhələləri keçəndən sonra onun talağını versin.

Ziharın kəffarəsin

Mən 24 il olar ki, öz arvadımla bir yerdə yaşayıram və altı uşaq sahibiyik. Bu illərdə daim qayınatam, qayınanam və qaynım işlərimə birbaşa müdaxilə ediblər. Çox acı həyat keçirmişəm. Belə ki, bir müddət öncə artıq bıçaq sümüyə dirəndi və arvadımdan ayrılmaq qərarına gəldim. Öz qərarımda ciddi olduğuma görə bir neçə dəfə (amma Fars dilində) dedim: “Arvadım mənim üçün bacım və anam kimi olsun!” Hal-hazırda arvadım öz keçmişindən peşman olmuş və söz vermişdir ki, bir daha əvvəlki kimi öz qohumlarının təhrikli sözlərinə qulaq asmayacaq. Mən də istəyirəm ki, onun üçün (sözündə sadiq olmasını bilmək üçün) yeni bir fürsət yaradım və onunla yaşayım. Yuxarıda söylədiklərimə əsasən onunla bir ər-arvad kimi yaşaya bilərəmmi?

Əgər bu sözü iki şahidin olduğu bir yerdə demişsinizsə, o qadın da adət (heyz) halında olmamışdırsa, pak olandan sonra onunla yaxınlıq etməmişsinizsə, kəffarə verməlisiniz. Onun kəffarəsi iki ay oruc tutmaqdır ki, onun otuz bir günü ardıcıl şəkildə (arada fasilə olmadan) olmalıdır. Oruc tutmağa gücünüz çatmasa, 60 miskinə yemək verməlisiniz. Amma iki adil şahidin şahidliyi ilə olmamışdırsa, heç bir kəffarəsi də yoxdur və bu söz təsirsizdir. Qeyd etmək lazımdır ki, kəffarə lazım olan surətdə kəffarə verməyənə qədər (qadın sizə) halal olmayacaqdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی