Naqis şəkildə sünnət olunan şəxsin həcci
Bir kəs naqis şəkildə sünnət olunsa və elə bu halla həcc əməllərini yerinə yetirsə, onun vəzifəsi nədir?
Əgər sünnət naqis şəkildə olunubsa, ehtiyat vacib budur ki, səhih sünnət edəndən sonra təvafları və təvaf namazlarını yenidən yerinə yetirsin. Ehtiyat budur ki, səyi də ümrə təvafından və həcc təvafından sonra yenidən yerinə yetirsin. Əgər Məkkəyə getməyə qadir deyilsə, naib tutsun.
Qadının ictihadı
Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
Maneəsi yoxdur. İctihad məqamına çatması mümkündür.
Alıcı tərəfindən məbləğin bir hissəsinin tələb olunması
Əgər müştəri öz pulunun yarısını istəsə, satıcı da öz razılığı ilə istənilən məbləğin hamısını ödəsə, pulun istənilməsi və qaytarılması hər iki tərəfin razılığı ilə olduğu üçün bu, müamilənin pozulması deməkdirmi?
Əgər pulu verən və alan şəxslərin gördükləri iş bu müamilə ilə bağlıdırsa, müamilənin yarısı pozulmuş olur. Əgər borc kimi digər məqsədləri olsa, müamilə öz qüvvəsində qalır.
Nafilə niyyəti ilə müstəhəb namaz
Xüsusi qılınma qaydası olan müstəhəb namazları (məsələn, vəhşət namazı) gündəlik namazların nafiləsinin yerinə hesablamaq olarmı?
Əgər bu namazla nafilə niyyəti etsə, nafilə hesablanır. Bu xüsusi namazın savabına çatmasına da ümid var.
Bəzi hacıların çadırları Minadan xaricdə qurması
Hacıların sayı çox olduğuna görə bəzi hacıların çadırlarını Minadan xaricdə qururlar. (Onların) vəzifələri nədir?
Zərurət halında eybi yoxdur, zəruri olmayan halda caiz deyil.
Ehtiyat üçün saxlanılan yanacağın xümsü
Yanacaq və digər məqsədlər üçün yığılan oduna xüms düşürmü?
Həmin ildə yanacaq və ya digər məsrəflər üçün istifadə olunacaqsa, xüms düşmür. Sonrakı illər üçün olsa, xümsü var.
Qəsbi məkanda namaz qılmaq
Zamanın ötməsi qəsbi yerin hökmünü dəyişə bilərmi?
Namazı qəsbi yerdə qılmağın haram olması məlumdur. Zamanın keçməsi heç vaxt bunun hökmünü dəyişə bilməz.
Mütləq ictihadın mümkünlüyü
Əsrimizdə insanların həyatında üzə çıxan məsələlər və problemlər çox geniş və mürəkkəb hal alıb. Bu məsələlərin hökmlərinin istinbatına (mənbələrdən çıxarılıb əldə edilməsinə) qadir olmaq üçün geniş məlumata və müxtəlif elmlərə yiyələnmək lazımdır. Belə olan halda kimsə mütləq ictihad rütbəsinə nail ola bilərmi?
Əlbəttə, bu mümkündür. Mümkünlüyünün ən yaxşı dəlili bunun həyatda baş verməsidir. Biz elmiyyə hövzələrində bunun şahidiyik.
Xütbələrin azandan qabaq oxunması
Bəzi məntəqələrdə cümə namazının xütbələrini azandan öncə oxuyurlar. Bu halda cümə namazında iştirak etmək yenə də təxyiri vacibdir? (Belə) cümə namazında iştirak edən şəxs, zöhr namazını da qılmalıdır?
Məsələnin fərz olunduğu halda ehtiyat budur ki, zöhr namazını da qılsın.
Xüms hesabı olmayan şəxslərin həcci
Bəzi şəxslər ömürlərinin əvvəlindən Məhəmməd və Ali Məhəmməd (s) xümsünə dair hesab-kitab aparmır və həmin vəziyyətdə təməttö həccinə və müfrədə ümrəyə gedirlər. Onların həclərinin hökmü necədir?
Onların ehram və qurbanlıqlarının pulu ondan olmasa, səhihdir. Əks halda işkalı var və hər bir halda günah etmişdir.