Hücum edəni qətlə yetirməyin şəriət hökmü
İnsana hücum edən bir adamı və yaxud evə oğurluğa girən oğrunu öldürmək olarmı?
Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).
Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).
Əgər onu bu halda çöllükdə başlı-başına buraxmaq adətən ölümlə nəticələnərsə (adətən belə işin nəticəsi ölümdürsə), qəsdən adam öldürmə sayılır.
Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).
Hər kəs bir mömini qəsdən qətlə yetirərsə, hökmü qisasdır. Əgər səhvə yol vermiş və xəta etmişdirsə, onun barəsində İlahi hökm şəriət hakimi tərəfindən icra olunmalıdır.
Əgər atəş açma qəsdən baş vermişdirsə, gülləni atan şəxs verilmiş diyəni geri qaytarıb qisasa (edama) hazırlaşmalıdır. Əgər səhvən və ya ehtiyatsızlıq üzündən baş vermişdirsə, artıq diyə düşmür və bir diyə kifayətdir. Bir zərbə ölümlə nəticələnmişdirsə, caifə diyəsi də düşmür.
1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var.2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.
Bu şəxslərə tərəf açılan atəşin onları hədəf almaq məqsədilə olduğu sübut olunmayınca, qəsdən adam öldürmə sayılmır.
Bu məsələ bir neçə şəkildə təsəvvür oluna bilər:1) Qaçmaqda olan şəxs, cəzası təzir olan xırda qanun pozuntusuna görə ittiham olunmuşdursa, havaya və ətrafa atəş açmaqdan başqa iş görmək olmaz. Çünki fərz etdiyimiz halda hətta cinayət sübut olunandan sonra belə, bu cəzaya məhkum olunmamalıdır. 2) Onun törətdiyi cinayətə ciddi reaksiya göstərməmək ictimai asayişi pozur və cəmiyyət üçün təhlükəlidir. Belə bir şəraitdə “əl-əshəl fəl-əshəl” qaydasından və ən aşağı mərhələlərdən istifadə etməklə ölçü götürmək lazımdır. Əgər, misal üçün, müttəhimin ayaqlarına atəş açmaqdan başqa yol qalmırsa, polis nəfəri də kifayət qədər təcrübəlidirsə, buna baxmayaraq atdığı güllə dəqiq olmamış və onun qətlinə səbəb olan yerinə dəymişdirsə, qanı hədərdir, yəni nə qisası vardır, nə də qanbahası. Çünki, şəri hakimin icazəsi ilə həyata keçirilən əməliyyatın qarşı tərəfin buna layiq olduğu halda qanbahası yoxdur.3) İctimai asayişi pozmasa da, cinayət ağır cinayətdir. Məsələn, bu kimi cinayətə (məsələn, müharibə şəraitində düşmənə silah aparan qaçaqçılara) qarşı tədbir görülməzsə, həssas məntəqələrdə onun qarşısı alınmazsa, müharibədə çox sayda itki veriləcəkdir. Belə bir şəraitdə də (qeyd olunan) şərtləri nəzərə almaqla atəş açmaq caizdir. Atəş qətllə nəticələrsə, qarşı tərəfin qanı (yuxarıda qeyd olunmuş şərtlərlə) hədərdir.
Bu işlərin hamısı şəriət baxımından qadağan olunmuş işlərdir və ona təzir düşür.
Belə bir şəxs təzir olunmalıdır və onun (cəzanın) miqdarını şəri hakim təyin etməlidir.
Əgər bu istimna arvadı ilə eşqbazlıq etməklə baş versə, eybi yoxdur. Amma əgər özü istimna etsə, istər arvadının razılığı ilə olsun, istərsə olmasın, haramdır.