Müsabiqədə iştirak edənlərdən alınan məbləğlər
Tehran məscidlərinin birindəki müqavimət qərargahı, aşağıdakı formada müsabiqə təşkil etmişdir: 30 elmi-mədəni sualın 25-inə cavab verən bir şəxs, qərargaha yüz tümən hədiyyə verməklə püşk atmaq yolu ilə müxtəlif hədiyyələrin sahibi olacaqdır. Hədiyyələrin siyahısı müsabiqə kağızında qeyd olunmuşdur. Müsabiqəni təşkil edənlər qərara almışlar ki, maya dəyərini kəsr etməklə yerdə qalan pullardan müxtəlif hədiyyələr alınsın. Lakin təəssüflər olsun ki, hədiyyə olunmuş pullar bu malların miqdarında deyildi. Rəhbərlər yerdə qalan qismi öz ciblərindən verməlidirlər, yoxsa hədiyyə olunmuş pulların miqdarında mükafat vermək kifayətdir?
Bu kimi müsabiqələr bünövrədən işkallıdır. Yalnız bu pulu sualların kağızlarını satmaq müqabilində alsalar, eybi yoxdur və bu halda müqaviləyə əsasən əməl olunmalıdır.