Eyibli sümüyün sındırılmasının diyəsi
Sümüyün sınmasına görə verilən diyə – eyibli olduğu təqdirdə – həmin üzvün diyəsinin beşdə biri qədərdir. Digər tərəfdən, bəzi üzvlərin, məsələn, burunun sınması üçün veriləcək diyə xüsusi şəkildə qeyd olunur. Belə halda sözü gedən diyə külli və ümumi qayda ilə tətbiq olunaraq hesablanmalıdır, yoxsa həmin üzv üçün qeyd olunmuş diyə meyar tutulmalıdır?
Sözü gedən qayda bütün hallara şamil olmur. Çünki, bəzi hallarda nəqli dəlillər və icma onun əksini göstərir. Buna görə də nəqli dəlil və icma mövcud olan hallarda həmin halın konkret hökmünə əməl etmək lazımdır.