Üzdə dərin yaranın diyəsi
Mübahisə zamanı iki nəfər bir nəfərə hücum edib bel və yaba ilə onun üz-gözünə zərbələr endirmişlər. Tibbi ekspertizanın verdiyi rəyə görə onun başına vurulan zərbələr beyninin zədələnməsinə, üzünə vurulan zərbələr isə yalnız üzündəki ətlərin iki yerdən deşilməsinə gətirib çıxarmışdır. Zərərçəkən şəxs bir neçə saatdan sonra vəfat etmişdir. Mütəxəssis həkim zərərçəkənin beyninə dəyən zərbəni ölümünün səbəbi kimi qeyd etmişdir. Qan sahibləri də mübahisə vaxtı orada olduqlarına görə yuxarıda sözü gedən iki nəfəri qatil kimi tanıtmışlar. Hakim də "qəsamə" icra edildikdən sonra qan sahiblərinin sözlərini təsdiq etmişdir. Bu mərhələdə üçüncü şəxs zərərçəkənin üzünə dəymiş xəsarətin onun tərəfindən törədildiyini söyləyir. Üçüncü şəxsin sözlərinin doğruluğunu nəzərə alsaq, sual budur ki, üçüncü şəxs müqəddəs İslam şəriəti baxımından qətldə şərik sayılırmı? Yoxsa, o, yalnız diyə ödəməlidir? İkinci halda diyənin miqdarı (üzün ətinə yaba ilə vurulan iki dərin deşik) nə qədərdir?
Sualda fərz olunanlara görə üzə vurulan zərbə ölümə səbəb olmamışdır və cinayətkar diyə ödəməlidir. Yara sümüyə çatmayıbsa, onun diyəsi hər yaraya görə üç dəvədir.