Məscidin qab-qacağının təsadüfən sınması
Məscidin qab-qacağının təsadüfən, məsələn, Məhərrəm günlərində əzadarlara xidmət edərkən sınması, zəmanətə səbəb olurmu?
Hər kəs sındırsa, zamindir. Yalnız qarşısını almaq mümkün olmayan zərərlər istisnadır.
Hər kəs sındırsa, zamindir. Yalnız qarşısını almaq mümkün olmayan zərərlər istisnadır.
Əgər toyuqların qarşısını almaq üçün bundan başqa yol olmasa və toyuq sahiblərinə də bu barədə xəbər vermişsə, eybi yoxdur və zamin deyil.
Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.
Bədən üzvlərinə yetirilən xəsarəti sübut etmək üçün qəsamədən istifadə etmək olar, amma bu yolla qisas yox, yalnız diyə sübuta yetir.
Sualda fərz olunanlara əsasən, zamin deyil. Amma əmək-qanun məcəlləsində onun zəmanəti nəzərdə tutulmuşsa və emalatxana sahibi bu barədə məlumatı ola-ola onu işə götürmüşsə, zamindir.
Əgər etibarlı ekspertlərin qənaətinə görə xəstənin yerini dəyişməsəydilər, dünyasını dəyişməz, əksinə sağalardısa, bu halda onun başına zərbə vuran şəxs yalnız kəllə sümüyünün sınması üçün diyə ödəməlidir. Ehtiyatsızlıq üzündən adam öldürmənin diyəsini isə xəstənin yerini dəyişənlər ödəməlidir. Əgər onun ölümündə hər iki işin təsiri olmuşdursa, hər biri insan diyəsindən bir hissəsini yuxarıdakı tənasübə uyğun ödəməlidir. Amma bu ikisinin arasındakı fərq çox da böyük olmasa, diyəni bərabər şəkildə ödəyə bilərlər.
Əgər su hovuzu uşaqların mütəmadi şəkildə getdikləri (çimdikləri) bir yerdirsə, suyu çirkləndirən şəxslər diyə ilə bağlı məsuliyyət daşıyırlar. Əks halda, heç bir məsuliyyət daşımırlar.
Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək "əmək qanunu" məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.
Bəzi hallarda diyə düşür, bəzi hallarda isə ərş. Sınıqlar qəsamə (and içmə) yolu ilə də sübut oluna bilər.
Diyə İlahi haqlardan biridir və şəriətin icazə verdiyi hallarda onu almağın heç bir maneəsi yoxdur. Baxmayaraq ki, bəzi hallarda əfv etmək (almamaq) daha yaxşıdır.
Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.
Yuxarıdakı şəraitdə yer sahibi heç bir məsuliyyət daşımır. Yalnız bu halda məsuliyyət daşıya bilər ki, quyu qazılan yer fərqli xüsusiyyətlərə malik olsun, bu da təhlükə ilə nəticələnsin və sahibi də bunu bilə-bilə, xəbərdarlıq etməkdə səhlənkarlığa yol vermiş olsun.