مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Qızın ailəsinin ona verdikləri hədiyyələr

Adətən qız ailəsi nişan və toydan sonra öz qızları üçün hədiyyələr aparırlar. Bu bəy və gəlin ayrılandan və ya gəlin öləndən sonra hədiyyələr kimə çatır?

Əgər xüsusi bir dəlil olmasa, zahirən bunlar qızın malıdır, atası öz qızına hörmət əlaməti olaraq və ərinin yanında abrını qorumaq üçün bunları ona bağışlamışdır.

Qızın müsalihə dəyəri olaraq ərə verilməsi

Bir məntəqədə iki tayfa arasında münaqişə, çəkişmə baş verir və nəticədə oğlan uşağının gözü görmə qabiliyyətini itirir. Müsalihə dəyəri olaraq 10 yaşlı qızı vəlisinin icazəsi ilə görmə qabiliyyətini itirmiş 8 yaşlı uşağın qardaşının nikahına keçirirlər. Qızın özü iddia edir ki, mən heç vaxt razı olmamışam və indi də razı deyiləm. Qanunda öz işlərinə müstəqil surətdə müdaxilə edə (idarə edə) bilən qız və oğlanın yaşı, 18 yaşdır. Yaşı 18 –dən az olan uşaqlar isə məhkəməyə müraciət etməlidir. Məhkəmə onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini müəyyən etmək üçün mütəxəssis ekspert həkimə göndərir. Ekspert həkim onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini təsdiq edərsə, məhkəmə 18 yaşından əvvəl onların yetkinlikləri barədə hökm çıxaracaqdır. Bu məqamda isə belə bir addım atılmamış, yalnız 16 yaşında zövcələr arasında bu məzmunda iclas protokolu imzalanmışdır ki, qız və oğlanın orta təhsilləri başa çatana kimi öz təhsillərinə davam etsinlər. Qız bu iclas protokolu ilə bağlı iddia edir ki, bu protokolu atam-anam məni təhdid edəndən sonra imza etdim. Belə nikahlar bəzi kəndlərdə adət halını almış və hal-hazırda da mövcuddur. “Təhrirul-vəsilənin” 4- cü məsələsində, “nikah əqdinin vəliləri” (qəyyumları) fəslində qeyd olunmuşdur ki, یشترط فی صحة تزویج الاب و الجد و نفوذه عدم المفسده (atanın və ya babanın öz övladını evləndirməsində və (bu evlənmənin) qüvvədə olmasında fəsad olmaması şərtdir.) və məsələnin axırında da qeyd olunur: بل الاحوط مراعات المصلحة (üstəlik əhvət məsləhətə riayət etməkdir.) Bu, “fəsadın olmaması və məsləhətə əməl olunması” qıza aiddir, yoxsa qızın atasına və qohumlarına? Ümumiyyətlə belə bir əməl düzdür, yoxsa yox?

Məsləhət və fəsadların olmamağına riayət etmək qıza aiddir. Yəni qızın məsləhətləri nəzərdə tutulmalıdır, ata-anaya aidiyyəti yoxdur. Qohumluq əlaqələrini nəzərə almaq və xəsarətlərin əvəzini çıxmaq azyaşlı (səğir) uşağın “müsalihə malı” olmasına əsas vermir. Amma şəriət baxımından böyük (həddi-buluğa çatmış, yetkin) şəxs barəsində aydındır ki, onun razılığı olmadan nikah əqdi səhih deyil.

Əri itkin düşmüş qadının ərə getməsi

Bir qadının ərinin filan hadisədə öldüyü yoxsa itkin düşdüyü məlum deyilsə və son dörd ildə ondan heç bir xəbər yoxdursa, qadın başqası ilə evlənə bilərmi?

Başqa kişiyə ərə getməyə haqqı yoxdur. Yalnız o halda ərə gedə bilər ki, onun ölümünə yəqin etmiş olsun, yaxud şəriət hakiminə müraciət etmiş olsun ki, sözü gedən şəxs barəsində araşdırma aparmağa göstəriş versin və şəri mərhələləri keçəndən sonra onun talağını versin.

Bir-birinə bitişik əkizlərin evlənməsi

Bir-birinə bitişmış halda dünyaya gələn iki əkizin evlənmə hökmünü bəyan edin.

Əgər ehtiyata əməl edərək evlənməyə bilsələr və şiddətli məşəqqətə düçar olmasalar, ehtiyat budur ki, evlənmək fikrindən daşınsınlar. Lakin evlənməyə məcburdurlarsa, bu iki qız növbə ilə eyni kişiyə ərə gedə bilərlər. Bu şəkildə ki, kişi onlardan birini öz nikahına keçirsin, talaqdan və iddə bitəndən sonra digərini öz nikahına keçirsin. (Xatırlatmaq lazımdır ki, çoxsaylı talaqlardan irəli gələn problemlərlə üzləşməmək üçün müvəqqəti nikahdan istifadə edə bilərlər.) İki əkiz oğlan barəsində də ehtiyat budur ki, əgər mümkündürsə, evlənməsinlər. Zərurət irəli gələn zaman isə, eyni vaxtda (ikisi üçün) eyni həyat yoldaşını seçmək caiz deyil. Lakin yuxarıda deyilən formada bir qadınla evlənə bilərlər. Hər halda, belə fərdlərin sayı olduqca az olduğuna görə bu şəriət hökmlərinin izahı insanlara təəccüblü gəlsə də, bəhs və mübahisəyə ehtiyac yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی