Orucun kəffarəsinin qiymətinin meyarı
Ramazan ayının orucu şəriətə görə üzürlü səbəbdən (məsələn, xəstəlik və s.) açılarsa, kəffarəsinin məbləği nə qədərdir? Meyar yaşadığımış şəhərin qiymətidir, yoxsa yaşadığımız şəhəri nəzərə almadan, 750 qr. buqda, xurma və ya çörəkdir?
Meyar kəffarə ödənilən şəhərin qiymətidir. Onun miqdarı 750 qramdır. Onun qiymətini (pulunu) müstəhəqqə də (bunu almaq üçün lazım olan şərtlərə malik olan şəxsə) verə bilərsiniz. Bu şərtlə ki, bunu çörəyə xərcləyəcəyinə arxayın olasınız.
Orucun kəffarəsini nəfəqəsi özünə vacib olan şəxsə vermək
Kəffarəni vacibun-nəfəqəyə (xərcləri insanın özünə vacib olan şəxslərə) vermək caizdirmi?
Ehtiyat budur ki, kəffarə vacibun-nəfəqəyə heç bir vəchlə verilməsin.
Ramazan ayının 28 gününü oruc tutan şəxs
Bir kəs Ramazan ayının yalnız 28 gününü oruc tutur. Çünki mübarək ramazan ayının birində İranda və mübarək ayın axırında Ərəb ölkələrinin birində olduğuna görə və Şəvval ayı orada bir gün tez göründüyünə görə yalnız 28 gününü oruc tutmuşdur. Bir günün qəzası ona vacibdir, yoxsa heç bir qəzası yoxdur?
Bir günün orucu ona vacib deyil, lakin ehtiyat müstəhəbdir.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Çoxlu orucunu yeyən şəxs
Çox sayda oruclarını yeyən şəxsin vəzifəsi nədir?
Bacardığı qədər keçmiş orucların qəzasını yerinə yetirsin. Onların kəffarəsi barədə bizim Şəriət risaləmizdə 1401 və 1402-ci məsələyə uyğun əməl etsin. Nəyə gücü çatmasa, onun öhdəsindən götürülür.
Bilərəkdən pozduğu orucun saylarında olan şəkk
Bir kəs bilərəkdən Ramazan ayının bir neçə gününün orucunu pozmuşdur. Lakin onun dəqiq sayını bilmir. Onun vəzifəsi nədir?
Neçə günün orucunu pozduğuna yəqini varsa, həm qəzasını yerinə yetirməli, həm də hər gün üçün kəffarə verməlidir. Əgər yükü ağır olsa və gücü çatmasa, Şəriət risaləsində 1402-ci məsələdə dediklərimizə uyğun əməl etsin.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.