Bilərəkdən pozduğu orucun saylarında olan şəkk
Bir kəs bilərəkdən Ramazan ayının bir neçə gününün orucunu pozmuşdur. Lakin onun dəqiq sayını bilmir. Onun vəzifəsi nədir?
Neçə günün orucunu pozduğuna yəqini varsa, həm qəzasını yerinə yetirməli, həm də hər gün üçün kəffarə verməlidir. Əgər yükü ağır olsa və gücü çatmasa, Şəriət risaləsində 1402-ci məsələdə dediklərimizə uyğun əməl etsin.
İki nəfərin bir meyit üçün əcir olunması
İki nəfər və daha artıq adam bir gündə eyni meyyit üçün oruc tuta bilərmi? Habelə imam və məmumun hər ikisi bir nəfərin niyyətinə namaz qıla bilərlərmi?
İki nəfər və daha artıq adam bir gündə eyni meyyit üçün oruc tuta bilərmi? Habelə imam və məmumun hər ikisi bir nəfərin niyyətinə namaz qıla bilərlərmi?
Çoxlu orucunu yeyən şəxs
Çox sayda oruclarını yeyən şəxsin vəzifəsi nədir?
Bacardığı qədər keçmiş orucların qəzasını yerinə yetirsin. Onların kəffarəsi barədə bizim Şəriət risaləmizdə 1401 və 1402-ci məsələyə uyğun əməl etsin. Nəyə gücü çatmasa, onun öhdəsindən götürülür.
Yeyilməli olmayan vəsaiti ağıza salmaq
Oruc halında yeyinti məhsulu olmayan şeyləri (məsələn, həkimin müayinə ləvazimatını) ağıza salmaq orucu batil edirmi?
Orucu batil etmir. Yalnız ağız suyuna bulaşdığı surətdə, onu ağızdan çıxarıb yenidən ağıza salsa və bu ləvazimatın nəmliyi ağız suyunda aradan getməyəcək qədər çox olsa və onu udsa, bu hal istisna olunur.
Əcir tutulan şəxsin əməlləri üçün savab
Allah taala ibadətləri yerinə yetirmək, məscid və hüseyniyyə tikmək kimi əməllər üçün əcir olan (işə götürülən) və zəhmət haqqı alan şəxslərə savab verirmi?
Əgər əcir tutulan şəxsin məqsədi o əməlləri bəndələrin borcdan xilas olması üçün yerinə yetirmək və məsuliyyətini yerinə yetirmək olarsa, savabı var.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Ciyərlər üçün toz dərmandan istifadə
Şiddətli təngnəfəsliyə tutulan bir şəxs, bir növ tibbi ləvazimatdan istifadə edir ki, onun iynəsini sıxmaqla maye dərman qaz-toz şəklində ağız boşluğundan ciyərlərə səpilir və xəstənin sakitləşməsinə səbəb olur. (Bu əməl gündə bir neçə dəfə təkrar olunur.) Bu alətlərdən istifadə etməklə eyni zamanda oruc da tutmaq olarmı? Diqqətinizə çatdırırıq ki, bu vəsaitdən istifadə etmədən oruc tutmağın dözülməz məşəqqəti var.
Əgər rəqiq (az və qatı olmayan) qaz şəklində bədənə daxil olarsa, maneəsi yoxdur və orucu səhihdir. Biz onun yayılmış nümunələrini görmüşük, eybi yoxdur.
Həkimlərin oruc tutmağı qadağan etməsi
Həkim xəstəyə oruc tutmağı qadağan etsə (bəzi həkimlərin şəriət sahəsində məlumatsız olduğunu nəzərə alsaq), onun qənaətini bu sahədə qəbul etmək olarmı?
Həkim etibarlı adamdırsa, onun nəzəriyyəsi qəbul olunandır.
Müstəhəb oruc üçün valideynin icazəsi
Mən İmam Xomeyninin (rəhiməhullah) müqəllidi olmuşam və cənab ustadın fitvasına əsasən ona təqliddə qalmışam. O, müstəhəbbi oruc bölməsində yazır ki, bu iş atanın, ananın və babanın narahatçılığına səbəb olarsa, caiz deyil. Digər tərəfdən də mənim evlənməyə imkanım yoxdur və haram yoldan çəkinmək üçün tənha yolu müstəhəb oruc tutmaqda görürəm. Lakin ana və atam mənim müstəhəb oruc tutmağıma razı deyillər. Onları bunun üçün razı sala bilmirəm. Belə bir şəraitdə ata və ananın razılığını nəzərə almadan oruc tutmaq olarmı?
Sualın fərz olunduğu halda müstəhəb oruc tutmaq sizə caizdir. Lakin mümkün qədər onların razılığını əldə etməyə çalışın.