“Yovmiddin” ifadəsində “ya” hərfini zəmmə ilə tələffüz etmək
Bir kəs namazda “Həmd” surəsini qiraət edərkən “Maliki yovmiddin” cümləsində “yovm” sözünün, “ya” hərfini zəmmə ilə tələffüz edir. Bir halda ki, onu səhih tələffüz edə də bilərdi, lakin məsələnin hökmünü bilmirdi. Onun namazları səhihdirmi? Yoxsa onları yenidən qəza etməsi lazımdır?
Əgər məqsəd, “ya” hərfinin hərəkəsinin zəmməni xatırlatmasıdırsa, bunun eybi yoxdur. Çünki, belə hallarda ərəblər də bu şəkildə tələffüz edirlər. Amma əgər aşkar şəkildə ona zəmmə versə, müşküldür. Cahili-qasir olduğu təqdirdə isə zərəri (eybi) yoxdur.
Namazı düz öyrənə bilməyən qocalar
Namazında çoxlu səhvə yol verən və onları düzəltməyə qadir olmayan qoca qarının namazının hökmü nədir?
Öyrənməyə qadir deyilsə, hansı şəkildə qıla bilirsə, elə də qılsın.
Namazda səhih qiraət dedikdə məqsəd
“Namazın zikri və qiraəti səhih oxunmalıdır” - deyəndə məqsəd nədir?
Düz tələffüz etmək o həddə lazımdır ki, ərəb onu səhih ərəb dilində bilsin. Lakin təcvid alimlərinin qeyd etdikləri dəqiq nöqtələri gözləmək lazım (vacib) deyil.