Qadınların aylıq adət zamanı məsciddə olmaları
Tehranda qadınlar məsciddə keçirilən yas məclislərində iştirak edirlər. Onların bəziləri aylıq adət (heyz) vaxtlarında olsalar da bunun hökmünü bilməməzlik üzündən elə o halda məscidə gedirlər. Bəzən mərasim sona çatandan sonra xalçanın nəcis olduğunun şahidi oluruq. Bu barədə mübarək nəzəriniz nədir?
: Qadınların aylıq adət vaxtlarında məsciddə dayanmaqları haramdır. Məscidin xalçası nəcisə bulaşarsa onu paklamaq vacibdir. Bu məsələdən agah olmayanları hökmlərlə tanış etmək lazımdır.